
“Buk-M3” 9R31М raketləri ilə silahlandırılıb
Rusiyanın “Almaz-Antey” Hava-kosmik müdafiəsi şirkətinin istehsalı olan yeni “Buk-M3” zenit-raket kompleksi ixrac üçün təqdim ediləcək.
“AzeriDefence”nin “Almaz-Antey”in mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, yeni ZRK-nın eksport variantına hələ ad qoyulmayıb.
İstehsalçı müəssisə iddia edir ki, “Buk-M3” orta mənzilli komplekslər sinifində ən öncül yerlərdən birini tutur.
Kompleks ilk dəfə olaraq İDEX-2017 müdafiə texnolojiyaları sərgisində nümayiş olunacaq.
Qeyd edək ki, “Buk-M3” ZRK qanadlı raketləri 10 metr hündürlükdə aşkar edərək, 40 km-ə qədər hava məsafəsində məhv edə bilir.
Bundan başqa ZRK 2,5-70 km uzaqlıqda və 15 metr – 35 km hündürlükdə digər hava hədəflərini məhv edir.
Kompleksdə mövcud olan tele-termal sistem hədəfi aşkar edərək, avtomatik olaraq izləyə bilir.
“Buk-M3” Dolqoprudnensk Elmi-tədqiqat Mərkəzinin istehsalı olan 9R31М raketləri ilə silahlandırılıb.





