
“Korea Aerospace Industries” şirkəti KF-X yeni döyüş təyyarəsinin bir sıra komponentlərinin istehsalı məqsədilə ABŞ-ın “Triumph Group” şirkəti ilə saziş imzalayıb.
“AzeriDefence”nin “upi.com”a istinadən verdiyi məlumatına görə, KF-X təyyarəsinin yaradılması layihəsi Cənubi Koreya ilə İndoneziya tərəfindən birgə həyata keçirilir.
Bu təyyarənin istehsalı prosesində layihəyə cəlb olunan artıq ikinci ABŞ şirkətidir. Buna qədər isə ABŞ-ın “Textars” şirkəti ilə müqavilə imzalanmışdı.
Məlumatda o da qeyd olunub ki, təyyarənin ilk nümunəsi 2020-ci ildə hazır olacaq. KF-X-in seriyalı istehsalına isə 2024-cü ildə başlanılması planlaşdırılıb.



