Yeni MRAP-lar BƏƏ ordusuna təhvil verilir

“Denel” şirkətinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üçün istehsal etdiyi RG31 Mk5 minaya qarşı qorumalı maşınlarının (MRAP) sifarişçiyə təhvil verilməsinə başlanıb.
“AzeriDefence”nin “Denel” şirkətinin saytına istinadən verdiyi məlumatına görə, 4×4 təkər formuluna malik RG31 MK5 zirehli maşın mina, improvizə edilmiş partlayıcılar və balistik təhdidlərə qarşı qorumanı təmin edir.
Heyəti biri sürücü olmaqla 10 nəfərdən ibarət maşının üzərinə bir ədəd 7.62 mm və ya 12.7 mm çaplı pulemyot daxil edilə bilər.
Silahın yerləşdirilməsi üçün maşının üst hissəsində halqa və kronşteyn mövcuddur. MRAP-ın daşıma qabiliyyəti 3700 kq, çəkisi 17000 kq, gediş ehtiyatı 900 km təşkil edir.
RG31 MK5 maşını “Allison 2500 SP Gen” 4 pilləli transmissiya və “Cummins QSB” mühərriki ilə təchiz olunub.
Şirkət BƏƏ-yə hansı sayda MRAP satacağı haqda isə heç bir məlumat veriməyib.




