Yeni nəsil T-155 “Fırtına”lar Türkiyə Quru Qoşunlarının inventarına qəbul edilib

Yeni nəsil T-155 “Fırtına”lar Türkiyə Quru Qoşunlarının inventarına qəbul edilib

Türkiyə Quru Qoşunları tərəfindən sınaq və qəbul fəaliyyətləri tamamlanan 2 ədəd yeni nəsil T-155 “Fırtına” özüyeriyən artilleriya qurğusu (ÖAQ) inventara daxil edilib.

“Poliqon” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı söyləyib.

Kontr-admiral bildirib ki, “Yeni Nəsil T-155 “Fırtına” ÖAQ Tədarük Layihəsi” üzrə cari il ərzində ümumilikdə 4 ədəd özüyeriyən artilleriya qurğusunun çatdırılması planlaşdırılıb.

CATEGORIES
TAGS