AerospaceSənaye

Yeni T-X təlim-döyüş təyyarəsinin ilk uçuşları həyata keçirilib

ABŞ-ın “Boeing” şirkəti yeni T-X təlim-döyüş təyyarəsinin ilk uçuşunu keçirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, tək mühərrikli T-X təyyarəsinin uçuşu 55 dəqiqə davam edib.

Uçuş zamanı təyyarənin kritik sistem və avadanlıqları özünü doğruldub.

Məlumatda o da qeyd olunub ki, “Boeing” və SAAB şirkətlərinin ABŞ Hərbi Hava Qüvvələrinin təlim ehtiyaclarını qarşılamaq üçün birgə hazırladığı iki T-X təyyarəsinin sentyabr ayında təqdimatı keçirilib.

T-X təlim-döyüş təyyarələri ABŞ Hərbi Hava Qüvvələrinin istismarına veriləcək. Bu təyyarələr istismar müddəti sona yaxınlaşan T-38-ləri əvəz edəcək.

Back to top button