YSS-in YAK-ı Malyaziyada marağa səbəb olub
Türkiyənin Yüksel Savunma Sistemleri (YSS) şirkəti Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilmiş DSA-2012 sərgisində YAK adlı uzaqdan komandalı silah sistemi ilə diqqət çəkib. “AzeriDefence”nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, şirkətin təqdim etdiyi uzaqdan idarə olunan silah sistemləri vasitəsi müxtəlif ölkələrdən olan ziyarətçilərin marağı ilə qarşılanıb.
YAK sisteminə 12.7 mm-lik pulemyot və 40 mm-lik qumbaraatan daxildir. Sistem sahib olduğu kameralar vasitəsi ilə hər cüm hava şəraitində hədəfləri təsbit edə bilir. Nəqliyyat vasitələri üzərində qurulan YAK hərəkət halında belə hədəfləri yüksək dəqiqliklə məhv etmə qabiliyyətinə sahibdir. Onu eyni zamanda əllə də idarə etmək mümkündür.
YAK-ın dəniz platformalarında qurulmaq üçün D-YAK adlı modifikasiyası mövcuddur.
Qeyd edək ki, Yüksel Savunma Sistemleri şirkəti YAK sistemini ilk dəfə ötən ilin may ayında İstanbulda keçirilmiş İDEF-2011 müdafiə sərgisində nümayiş etdirib.