Yunanıstan İngiltərədən EF-2000 “Typhoon” təyyarələri almaq istəyir

Yunanıstan İngiltərədən EF-2000 “Typhoon” təyyarələri almaq istəyir

Yunanıstan Hərbi Hava Qüvvələri (HHQ) Böyük Britaniyadan “Eurofighter GmbH” şirkətinin istehsalı olan 30 ədəd EF-2000 “Typhoon” döyüş təyyarəsi almağı planlaşdırıb.

“Poliqon” xəbər verir ki, bu barədə Yunanıstanın Müdafiə naziri Nikos Panayotopulos məlumat verib.

Müdafiə naziri bildirib ki, satın alınması planlaşdırılan EF-2000 “Typhoon” döyüş təyyarələri əvvəllər Böyük Britaniya HHQ tərəfindən istifadə olunnuş ikinci əl təyyarələrdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS