
“Polaris Defence” şirkəti MRZR yüngül nəqliyyat vasitəsinin yeni versiyasını təqdim edib.
Bu barədə “AzeriDefence” şirkətin rəsmi saytına istinadən məlumat verib.
İki oturacaqlı və turbo dizel mühərrikinə malik yeni model MRZR-D2 adını daşıyır.
MRZR-D2 yolsuzluq avtomobilinin çəkisi 454 kiloqram təşkil edir. Mobilliyi və yığcamlığı nəqliyyat vasitələrinin istənilən əraziyə daşınmasına imkan verir.
Maşının asanlıqla ağır yük helikopteriylə daşınması da mümkündür. MRZR-D2 ən ekstremal şəraitlər və ərazi missiyaları üçün nəzərdə tutulur. Bu özəlliklərinə görə ötən il apreldə nümayiş olunan MRZR-D4 modeli üçün ABŞ Dəniz Piyadaları (USMC), Xüsusi Təyinatlı Qüvvələri (USSOCOM) və Kanada Ordusu “Polaris Defence” şirkətinə sifariş verib.
Hazırda MRZR nəqliyyat vasitələri Azərbaycan da daxil olmaqla 20-dən artıq ölkənin istifadəsində yer alır.




