Xəbərlər
Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb.
Bu barədə “Azeri Defence”ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.




