Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu regionda sülhün bərqərar olmasına zəmin yaradıb.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında çıxışı zamanı deyib.

Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsinin gələcək xidmətimiz üçün böyük stimul olduğunu bildirib.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayan nazir Ordumuzun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib.

Şəxsi heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi, qoşunların döyüş hazırlığının daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərin intensivliyinin artırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

CATEGORIES
TAGS