Müdafiə
Zakir Həsənov Çinin Qərb zona komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çin Xalq Respublikası (ÇXR) Qərb zona komandanı general-polkovnik Çao Conçi ilə görüşüb.
Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dostluq və qarşılıqlı etimad şəraitində keçirilən görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil və qarşılıqlı maraq doğuran digər sahələrdə də əməkdaşlığın inkişaf perspektivlərini ətraflı müzakirə ediblər.



