
Zakir Həsənov Gürcüstana rəsmi səfərə gedib
Noyabrın 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumta görə, general-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.
TAGS Manşet