Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə telefonla danışıb

Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə telefonla danışıb

Avqustun 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.

Bu barədə “Poliqon” Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən məlumat verib.

Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

CATEGORIES
TAGS