Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Sentyabrın 29-da Rusiya Federasiyasının Tula şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclası keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iclasda iştirak edib.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunub.

CATEGORIES