Zakir Həsənov Serbiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb

Zakir Həsənov Serbiyanın Azərbaycanda yeni təyin olunan səfiri ilə görüşüb

Noyabrın 18-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Draqan Vladisavljeviç ilə görüşüb.

Bu barədə “Poliqon”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Serbiya arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətindəki işlərində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişafında dövlət başçılarının xüsusi rolu vurğulanaraq bir çox istiqamətlərdə olduğu kimi, hərbi sahədə də əlaqələrin uğurla davam etdirildiyi bildirilib.

Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən diplomat Azərbaycan-Serbiya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Səfir, Vətən müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını təklif edib.

Tərəflər iki ölkə arasındakı münasibətlər, bölgədəki hərbi-siyasi vəziyyət, eləcə də ikitərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Poliqon.az

CATEGORIES
TAGS