Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb

Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rəhbər heyəti ilə görüşüb

Oktyabrın 25-də Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Müdafiə naziri Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri modelinin  Azərbaycan Ordusunda tətbiq edilməsi, bu məqsədlə də Türkiyə Milli Müdafiə Universiteti ilə hərbi təhsil sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruri olduğunu qeyd edib.

Türkiyə ilə hərbi müttəfiqlik çərçivəsində digər sahələrdə olduğu kimi, hərbi-təhsil sahəsində də birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

E.Afyoncu hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsirini qeyd edərək bu istiqamətdə görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Görüşdə hərbi-təhsil və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş