Xəbərlər

Zakir Həsənov Türkiyə Müdafiə naziri ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib, keçirilən birgə təlimlərdə hərbçilərin qazandığı təcrübənin əhəmiyyəti qeyd olunub.

Z.Həsənov Vətən müharibəsində Türkiyənin göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.

İkitərəfli görüşdə hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyi xüsusi vurğulanıb, strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olunub.

Sonda Müdafiə naziri Z.Həsənov qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə inkişaf etdiriləcəyinə və möhkəmlənəcəyinə əminliyini vurğulayıb.

zakir1

zakir2

Poliqon.az

Back to top button