Müdafiə

Zakir Həsənov türkiyəli generalla görüşüb

Dekabrın 6-da müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgenci ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, təlimlərin və treninqlərin sayının artırılması məsələləri, qarşıdakı vəzifələr, birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında əməliyyat və strateji uzlaşmanın əldə olunması, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, qarşılıqlı əlaqələrin inkişafı və təcrübələrin öyrənilməsi məqsədilə həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.

958dd4f63965e4f505ff0c965a3d9a8a e1512555173888

Back to top button