Zəngilanın azad edilməsi: artilleriya dəstəyi ilə uğurla başa çatdırılması qələbəyə hesablanıb

Zəngilanın azad edilməsi: artilleriya dəstəyi ilə uğurla başa çatdırılması qələbəyə hesablanıb

Bu gün Zəngilan şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən iki il ötür.

“Poliqon”un məlumatına görə, 2020-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciəti zamanı Zəngilan şəhəri və rayonun daha 6 kəndinin – Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad edildiyini bildirib.

Həmin gün Zəngilan şəhəri və 6 kəndi ilə yanaşı, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli, Çinarlı kəndləri erməni işğalçılarından təmizlənib.

Zəngilan döyüşləri Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Zəngilan şəhərinin işğalından azad edilməsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin xətti ilə Zəngilana səfər təşkil olundu. Səfər çərçivəsində qızğın döyüşlərin getdiyi ərazilər ziyarət oludu, bu istiqamətdə döyüşlərdə iştirak etmiş bir qrup hərbçi öz xatirələrini bölüşdü.

PUA və uzaq nzilli reaktiv sistemlərdən geniş istifadə edilib

MRS1119 — копияMüdafiə Nazirliyinin N saylı hərbi hissəsində artilleriyaçı kimi xidmətini davam etdirən kapitan Əlibəy Novruzbəyov bildirdi ki, 2020-ci sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısının alınması üçün Müzəffər Ali Baş Komandanın əmrinə əsasən “Dəmir yumruq” əks-hücum əməliyyatının başladılması şanlı tarix kimi qəlbinə yazılıb.

“Hücum başlayan zaman biz Raket və artilleriya qoşunlarının bölmələri düşmənin ilk birinci və ikinci eşelonda yerləşən qüvvələrini məhv etmək, onların dərinləkdə olan komanda məntəqələrini, cəmləşmə rayonlarında olan digər motoatıcı, zirehli bölmələrinə atəş zərbələri endirdik. Bundan sonra, digər öz qonşu bölmələrimizə irəliləmələri üçün şərait yaratdıq. Bununlada biz bu gün ikinci ildönümünü qeyd etdiyimiz Zəngilan şəhərinin və digər rayonların işğaldan azad olunmasından ötrü böyük səylər göstərdik”, – deyə kapitan Ə.Novruzbəyov vurğuladı.

Onun sözlərinə görə, ilk öncə olaraq düşmənin öz gözündə şişirtdiyi “Ohanyan xətti”ni demək olar ki, qısa müddət ərzində yarıblar və ardıcıllıqla Azərbaycanın işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və bu istiqamətlərdə olan digər əraziləri düşmən tapdağından azad ediblər.

“Bugünkü gündə həqiqətən qürurvericidir ki, 27 il torpaq həsrəti çəkən soydaşlarımızın torpaq həsrətinə biz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında son qoymuşuq. Ona görə də həqiqətən çox şadıq. Necə ki, öz soydaşlarımız, öz ata-babalarımız yurdlarına qaydıblar, onlar bu sevinci yaşayırlar və onlar bu torpaqlarda yaşamağa başlayacaqlar. Bir hərbi qulluqçu kimi yerinə yetirdiyimiz tapşırıqların uğurlu nəticələrini görmək çox sevindiricidir”, – deyə Ə.Novruzbəyov bildirdi.

Kapitan Ə.Novruzbəyov qeyd etdi ki, Vətən müharibəsində silah tətbiqində üstünlüklərdən əsasən pilotsuz uçuş aparatlarının, uzaq mənzilli reaktiv sistemlərinin istifadə edilməsidir: “Bu da təbii ki, 2020-ci ildən sonra digər böyük dövlətlər tərəfindən ABŞ, Rusiya, Fransa, İtaliya kimi dövlətlər tərəfindən bizim yürütdüyümüz bu hücum əməliyyatının hərb tarixinə salınması üçün təhlillər aparılmışdır”.

Hədəfləri dəqiq tuşlamayla vura bilirdik

MRS1122 — копияMüdafiə Nazirliyinin hərbi qulluqçusu kapitan Qabil Mustafayev Vətən müharibəsini belə xatırlayır: “27 sentyabr 2020-ci ildə səhər saatları idi. Biz artilleriyaçı kimi öz atəş mövqelərimizi tutmuşduq. Bizə yuxarı komandanlıqdan koordinatların dəqiq götürülməsi, nişan alınması və tuşlanması komandası gəldi. Bu işlərin dəqiq yerinə yetirilməsi haqqında məlumatların tam dolğunluğundan sonra, atəş komadası gəldi. Həm bir az sevinirdik, həm də bir az içimizdə həyəcan var idi. Saat 07:30 radələri müharibə başladı. O saatlardan sonra, komanda komandanın arxasınca gəlirdi. Əvvəlcə Cəbrayılın kəndləri, Füzulinin kəndləri, sonra Zəngilanın koordinatlarını verdilər, nişan aldıq, gecə saatlarına kimi atəşi dayanmadan davam etdirdik. 20 oktyabrda Zəngilan şəhəri işğaldan azad olunduğunu cənab Ali Baş Komandan öz çıxışında elan etdi.  O səslər, dəqiqələr hələ də qulağımızdadır, heç vaxt yadımızdan çıxmaz”.

Müasir silahlarla silahlandıqlarını deyən Q.Mustafayev bildirdi ki, onlar verilən koordinatları həm dəqiq, həm də tez bir zamanda tuşalayıb və tapşırığı icra ediblər. Bu da bizim motoatıcı bölmələrin qabaqlarının açılaraq irəliləməsinə xidmət edib.

“Bizim artilleriya silahları daha ağır silahlar idi. Həm yaylım atəşli rektiv sistem, həm tək hədəflər üçün olan mərmilərimiz var. Həm canlı qüvvə, həm də obyektləri dəqiq tuşlamayla atəş açaraq vura bilirdik.

PUA-dan tətbiq etməklə düşmənə güclü zərbələr endirdik. Həmin PUA-nın həm özünün vurmaq imkanı, həm də bizə koordinatı dəqiq ötürməklə bizim silahlar ilə həmin yeri vurmaq imkanımız var idi. PUA-nın köməyi ilə demək olar ki, keçilməz yerləri, nöqtələri, artilleriyanın vura bilməyəcəyi yerləri dəqiq vura bilirdik. Habelə, “Bayraktar TB2” PUA artilleriya ilə vurulması çətin olan dağətəyi yerlərinə dəqiq atəşə çox köməklik etdi. Vətən müharibəsində idarə olunan raketlərdən daha çox istifadə etdik”, – deyə kapitan Q.Mustafayev vurğuladı.

Raketlərlə düşmənin canlı qüvvə və texnikalarını sıradan çıxarırdıq

Əli Gunduz1 e1666254132691

Azərbaycan Ordusunun hərbi qulluqçusu leytenant Əli Gündüz isə artilleriya zabiti olaraq öz bölməsi ilə birlikdə düşmənin canlı qüvvələrini, cəmləşmə rayonundakı texnikalarını, həmçinin davamlı atəş mövqelərini məhv etmək üçün yuxarı komandanlıq tərəfindən aldığı tapşırıqları müvəffəqiyyətlə yerinə yetirdiyini bildirdi.

Ə.Gündüz vurğuladı ki, 27 sentyabr tarixindən etibarən bu döyüşlərə cəlb olunub və öz bölməsi ilə birlikdə Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə dəstəkçi olaraq iştirak edib.

“Yuxarı komandanlıq düşmən hədəflərini aşkar edirdi. Komanda məntəqəmiz düşmən hədəflərini vaxtında aşkar edirdi və koordinatları birbaşa olaraq bizə ötürüdü. Biz bu kordinatları riyazi hesablamalar yolu ilə hesabtlar aparıb öz raketlərimiz vasitəsi ilə düşmənin canlı qüvvələrini, texnikalarını sıradan çıxarırdıq.

Bu qürüverici bir haldır. Rabitə vasitəsi ilə düşmən qüvvəsinin məhv edilməsi və onların mövqelərini, silah-sursatlarını qoyub qaçması xəbərini eşitmək bizi sevindirirdi və ruh yüksəkliyimizi artıraraq Qələbəyə bir addım daha yaxınlaşdırırdı”, – deyə leytenant Ə.Gündüz bildirdi.

Poliqon.az

CATEGORIES
TAGS