
Ərdoğan: Döyüş sursatı, raket və partlayıcı maddələrə görə heç kimdən asılı olmayacağıq
“Artıq təyyarə bombaları, döyüş sursatları, raketləri və döyüş başlıqları, partlayıcı maddələrə görə heç kimdən asılı olmayacağıq”.
“Poliqon”un məlumatına görə, bunu MKE təşkilatının Energetika məhsullarının istehsalı müəssisəsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Açılışı keçirilən bu təsis sayəsində Türkiyə yeni nəsil partlayıcı maddələr istehsal etmə qabiliyyəti ilə super liqaya çatacaq. Xaricdən gətirilən modul barıt sistemi bundan sonra artıq tamamilə yerli vasitələrlə istehsal ediləcəkdir”, – deyə Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
CATEGORIES Xəbərlər