Xəbərlər

ƏÜO-da gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar – VİDEO

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edildikdən və Dövlət Himninin səsləndirildikdən sonra çıxış edənlər məşğələlərdə yenilməz döyüşçü keyfiyyətlərinə yiyələnən gənc əsgərlərə xidmətlərində uğurlar arzulayıblar.

Çıxış edənlər bildiriblər ki, hərbi xidmətə çağırılan gənclər ordu sıralarına daxil olan gündən ümumqoşun, ixtisas və fiziki hazırlıq məşğələlərində peşəkar əsgərlər kimi hazırlanırlar. Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilmiş gənc əsgərlər də  ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərində döyüş növbətçiliyinə cəlb olunacaqlar. İnanırıq ki, bu gündən döyüş növbətçiliyinə cəlb olunacaq əsgərlər də Vətən Müharibəsində şücaətləri ilə seçilən hərbi qulluqçular kimi torpaqların müdafiəsində cəsarətlə dayanacaqlar.

Çıxışların ardından əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları nümayiş etdirdilər.

Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Back to top button