
ABŞ-ın F-35 döyüş təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsinin vaxtı dəqiqləşib.
“AzəriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, müdafiə sənayesi katibi İsmail Dəmir deyib ki, F-35 döyüş təyyarələrinin Türkiyəyə ilk təslimatı 2018-ci ildə başlana bilər.
İ. Dəmir deyib ki, Türkiyə F-35-in proqram ortağı ilə yanaşı, orta gövdəsinin və mühərrikinin bəzi hissələrini istehsal edir. Bu baxımdan bu təyyarənin Türkiyəyə verilməsi məntiqlidir.
O bildirib ki, F-35 ilk olaraq Hollandiyaya və Norveçə, sonra isə Türkiyəyə veriləcək.
Qeyd edək ki, sazişə əsasən, Ankara 16 milyard dollar dəyərində 100 ədəd F-35 döyüş təyyarəsi alacaq.
Təyyarə “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilir.
F-35-in ilk uçuşu 2006-cı il dekabrın 15-də həyata keçirilib. 2012-ci ildən isə təyyarə təlimlərdə istifadə olunur.



