“Mete” raketi ilə silahlandırılan “Gökalp” PUA seriyalı istehsala hazırdır

“Mete” raketi ilə silahlandırılan “Gökalp” PUA seriyalı istehsala hazırdır

Türkiyənin “PAVO Group” şirkətinin tərkibinə daxil olan “InterData” tərəfindən inkişaf etdirilən “Gökalp” pilotsuz uçuş aparatı (PUA) seriyalı istehsala hazırdır.

“Poliqon” “InterData”ya istinadən xəbər verir ki, “Gökalp”, “Roketsan” şirkətinin hazırladığı “Mete” idarəolunan mini-raketidən istifadə edən ilk platformadır.

Şirkətin bildirdiyinə görə, seriyalı istehsala hazır olan “Mete” və “Gökalp”ın sınaqları davam etməkdədir.

“Gökalp” 20 dəqiqə havada qalmaq, 10 min ft yükəkliyə çıxmaq və 8 kq faydalı yük daşımaq imkanına sahibdir. Boş kütləsi 27.5 kq olan PUA-nın, silahlanmasına 2 ədəd “Mete” mini-raketi daxildir. Onun əsas üstünlüklərindən biri sərt iqlim və əməliyyat şəraitində, habelə elektron müharibə mühitində fəaliyyət göstərə bilməsidir.

“Mete” pilotsuz hava, quru və dəniz platformaları tərəfindən atılabilən 40 mm çaplı raketdir. Hədəfi nişanalma lazer şüasından istifadə etməklə həyata keçirilir. Raket yarıaktiv lazer tuşlama başlığına sahibdir. Onun elan edilmiş mənzili 1 m dəqiqliklə 1000 metr, kütləsi 1.4 kiloqram, uzunluğu isə 500 millimetrdir.

Poliqon.az

CATEGORIES
TAGS