![Azərbaycan hərbçiləri Özbəkistanda keçiriləcək təlimdə iştirak edəcək Azərbaycan hərbçiləri Özbəkistanda keçiriləcək təlimdə iştirak edəcək](https://poliqon.az/wp-content/uploads/2023/07/331241531728eab3861761eef4515cd3.png)
Azərbaycan hərbçiləri Özbəkistanda keçiriləcək təlimdə iştirak edəcək
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2023-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən Daşkənd vilayətinin Çirçik poliqonunda “UZAZ-2023 kompüter dəstəkli taktiki komanda-qərargah təlimi” keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun təlimdə iştirak edəcək bir qrup hərbi qulluqçusu Özbəkistanda səfərdədir.
Özbəkistan-Azərbaycan birgə təlimində hərbi qulluqçular xüsusi hərbi əməliyyatların təşkili və aparılması üzrə mövzuları məşq etdirəcəklər.