Yaponiya ABŞ-dan RAM Block 2B raketləri alır

Yaponiya ABŞ-dan RAM Block 2B raketləri alır

ABŞ Dövlət Departamenti 360 milyon dollar dəyərindəki “Rolling Airframe Missile” (RAM) Block 2B raketlərinin Yaponiyaya satışını təsdiq edib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 212 ədəd RAM Block 2B raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.

CATEGORIES
TAGS