RegionXəbərlər

Türkiyə müdafiə sənayesinin ixracı 8 milyard dolları ötüb

Türkiyə İxracatçılar Məclisi (TİM) 2026-cı ilin oktyabr ayı üzrə müdafiə və aviasiya sənayesi sektorunun ixrac göstəricilərini açıqlayıb.

“Poliqon”un TİM-ə istinadən verdiyi xəbərə görə, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri 2026-cı ilin oktyabr ayında ümumilikdə 1,1 milyard ABŞ dolları dəyərində məhsul ixrac ediblər.

Məlumata əsasən, sektorun ixrac həcmi ötən ilin eyni ayı ilə müqayisədə artıb. Belə ki, 2025-ci ilin oktyabr ayında müdafiə və aviasiya sənayesinin ixracı 707,4 milyon ABŞ dolları təşkil etdiyi halda, cari ilin oktyabrında bu göstəricidə 61,1% artım müşahidə olunub.

Bununla yanaşı, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun ümumi ixracı 8 milyard ABŞ dolları təşkil edib.

Back to top button