Azərbaycan ASELSAN lisenziyası ilə optik sistemlərin istehsalına başlayıb
Müdafiə Sənayesi Nazirliyinin (MSN) “Alov” zavodu ASELSAN şirkətinin lisenziyası əsasında termal və optik sistemlərin istehsalına başlayıb. Bu barədə “AzeriDefence”yə adıçəkilən zavoddan məlumat verilib.
İstehsal prosesinə bir neçə ay əvvəl başlanılsa da, zavodun konkret olaraq hansı məhsulları istehsal etdiyi barədə məlumat verilməyib.
İstehsal prosesinə başlamazdan əvvəl “Alov” zavodunun əməkdaşları Türkiyədə ASELSAN şirkətinin müvafiq müəssisəsində təcrübə mübadiləsi keçib.
Qeyd edək ki, “Alov” zavodunun daxil olduğu “Optika” İstehsalat Birliyi ilə ASELSAN arasında termal sistemlərin və gecəgörmə cihazlarının birgə istehsalına dair müqavilə 2010-cu ilin may ayında imzalanıb.
CATEGORIES Sənaye