ABŞ Ordusu M240 pulemyotları üçün əlavə sifariş verib

ABŞ Ordusu M240 pulemyotları üçün əlavə sifariş verib

Pentaqon ilə Belçikanın “FN Herstal” şirkətinin törəməsi olan “FN America” şirkəti arasında ABŞ Ordusu üçün əlavə pulemyot tədarükü barədə müqavilə imzalanıb.

“Poliqon” “Shephard”a istinadən xəbər verir ki, ABŞ Ordusu qoşunların təchizatı üçün əlavə 7,62 mm-lik M240 (United States Machine Gun, 7.62mm, M240) pulemyotu sifariş verib.

Müqaviləyə əsasən, “FN America” törəmə şirkəti ABŞ ordusuna ümumi miqdarı açıqlanmayan və dəyəri 92,1 milyon ABŞ dolları təşkil edən 7,62 mm M240 pulemyotlarının tədarükünü həyata keçirəcək. Müqavilənin son tamamlanması isə 2026-cı ilin iyun ayına planlaşdırılır.

Qeyd edək ki, “FN America” törəmə şirkəti ABŞ Silahlı Qüvvələri üçün 7,62 mm M240 pulemyotunun baza modelindən başqa daha doqquz versiyasını hazırlayıb.

Şirkət, eyni zamanda ABŞ Ordusu üçün M249 “Squad Automatic Weapon” pulemyotlarını da istehsal edir.

M249

7,62 mm M249 “Squad Automatic Weapon” pulemyotu

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS