“Thales” uzun mənzilli “UAS 100” aparatının sınaqlarını keçirib

“Thales” uzun mənzilli “UAS 100” aparatının sınaqlarını keçirib

Fransanın “Thales” şirkəti tərəfindən hazırlanan “UAS 100” uzun mənzilli pilotsuz uçuş aparatının (PUA) ilk uçuş sınaqları keçirilib.

Bu barədə “Poliqon”a “Thales” şirkətindən məlumat verilib.

Fransa Müdafiə Nazirliyinin sifarişi əsasında “Issoire Aviation” və “Hionos” şirkətləri ilə birlikdə hazırlanan “UAS 100” aparatının ilk sınaqlarının uğurla tamamlandığı bildirilib.

İki elektrik mühərriki və daxili yanma mühərriki ilə işləyən “UAS 100” pilotsuz uçuş aparatı 100 kilometrdən çox məsafəyə uçuş imkanına malikdir.

Məlumatda o da qeyd olunub ki, “UAS 100” pilotsuz uçuş aparatından infrastruktur yoxlaması, sahil nəzarəti, sərhəd nəzarəti və təhlükəsizliyindən axtarış-xilasetmə və hərbi əməliyyatlara qədər istifadəsi mümkündür.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS