Xəbərlər

ABŞ Əfqanıstan Ordusuna 640 ədəd nəqliyyat vasitəsi bağışlayıb

Əfqanıstan Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Komandanlığı ABŞ-ın bağışladığı 640 ədəd nəqliyyat vasitəsini təhvil alıb.

Bu barədə “Poliqon” Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Əfqanıstan Müdafiə Nazirliyinin birinci müavini Şah Mahmud Miakhel bildirib ki, Silahlı Qüvvələrin imkanlarının artırılması proqramı çərçivəsində Əfqanıstan Ordusunun müasir avadanlıqlarla təchiz edilməsi davam etdirilir.

Əfqanıstana tədarük edilən 403 ədəd “Humvee”, 43 ədəd “Ranger”, 23 ədəd təcili tibbi yardım maşını və 170 ədəd motosiklet Silahlı Qüvvələrin inventarına qəbul edilib.

Back to top button