ABŞ Çexiyaya hücum helikopterləri bağışlayacaq

ABŞ Çexiyaya hücum helikopterləri bağışlayacaq

ABŞ EDA (Excess Defense Articles) proqramı çərçivəsində Çexiyaya “Bell Textron” şirkətinin istehsalı olan 8 ədəd hücum helikopteri bağışlayacaq.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Çexiyadakı səfirliyinin rəsmi “Twitter” hesabında bildirilib.

Məlumatda qeyd edilib ki, bunlardan altı ədədi AH-1Z və ikisi UH-1Y helikopterləridir.

AH-1Z “Viper” AH-1 “Super Cobra” helikopterinin bazasında hazırlanıb və 2010-cu ildən ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasındadır. 296 km/saat sürət yığa bilən helikopterin maksimum icazə verilən uçuş sürəti 411 km/saat, kreyser sürəti isə 248 km/saatdır. 1150 kq döyüş yükü ilə döyüş radiusu 231 km olan AH-1Z “Viper”-in uçuş müddəti 3.3 saat, praktiki uçuş tavanı 6096 metrdir.

UH-1Y “Venom” helikopterinin ilk uçuşu 2001-ci ildə baş tutub və o 2008-ci ildə ABŞ Dəniz Piyadaları Korpusunun silahlanmasına daxil edilib. Onun standart silahlanmasına idarə olunan (APKWS) və idarə olunmayan (“Hydra 70”) 70 mm-lik raketlər üçün buraxılış qurğuları (7 və 19 atımlı qurğular), həmçinin M134 asma çoxlüləli pulemyot daxildir.

UH 1Y

Poliqon.az

CATEGORIES
TAGS