ABŞ-da F-35B döyüş təyyarəsi qəzaya uğrayıb

ABŞ-da F-35B döyüş təyyarəsi qəzaya uğrayıb

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus F-35B “Lightning II” döyüş təyyarəsi qəzaya uğrayıb.

“Poliqon” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.

Paylaşımda vertikal formada eniş edən F-35B döyüş təyyarəsinin anidən yaranan problem səbəbi ilə yenidən havaya qalxması və bu zaman tarazlığını itirərək yerə düşməsi əks olunur. Qəza baş verən vaxt pilot katapult vasitəsi ilə təyyarədən uzaqlaşmağı bacarıb.

Qeyd edək ki, hadisə ABŞ-ın Texas ştatında Hərbi Dəniz Qüvvələrinin aviasiya vasitələrinin yerləşdiyi hərbi hissədə baş verib.

Poliqon.az

CATEGORIES
TAGS