ABŞ Dəniz Piyadaları “BAE Systems”dən əlavə ACV-lər sifariş edib

ABŞ Dəniz Piyadaları “BAE Systems”dən əlavə ACV-lər sifariş edib

ABŞ Dəniz Piyadaları Böyük Britaniyanın “BAE Systems” şirkətindən əlavə 40 ədəd ACV amfibiya döyüş maşını sifariş edib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında 256.8 milyon dollar dəyərində müqaviləyə imzalanıb.

Müqaviləyə əsasən, şirkət ABŞ Dəniz Piyadalarına iki versiyada ACV amfibiya döyüş maşını tədarük edəcək. Bunlardan 145.3 milyon dollar dəyərində 25 ədədi ACV-P (Personnel) və 111.5 milyon dollar həcmində 15 ədədi ACV-C (Command) variantında olacaq.

Xatırladaq ki, “BAE Systems” cari ilin yanvar ayında ABŞ Dəniz Piyadalarına sınaqlarının keçirilməsi üçün ACV-nin C4/UAS (Command, Control, Communication and Computers/Uncrewed Aerial Systems) variantını da təhvil verib.

8×8 təkər formullu ACV amfibiya döyüş maşının müxtəlif versiyaları mövcuddur. Onun ACV-30 variantı Norveçin “Kongsberg Defence and Aerospace” şirkəti tərəfindən istehsal edilən 30 mm-lik RT-20 uzaqdan idarəolunan döyüş modulu ilə silahlandırılıb.

ACV-30 35 ton ağırlığa, 16 personal (3-ü ekipaj üzvü) daşımaq imkanına, yolda 105 km\saat, dənizdə isə 6+ knot sürətlə üzmək qabiliyyətinə malikdir.

Onu da qeyd edək ki, ACV-30, ACV zirehli amfibiya maşınının əsasən desantın daşınması və döyüş tapşırıqlarının icra olunması üçün nəzərdə tutulmuş versiyasıdır.

Poliqon.az

CATEGORIES
TAGS