ABŞ HHQ-nin ilk MH-139A helikopteri son montaj mərhələsindədir

ABŞ HHQ-nin ilk MH-139A helikopteri son montaj mərhələsindədir

“Boeing” şirkətinin ABŞ Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi ilk MH-139A “Grey Wolf” helikopteri son montaj mərhələsindədir.

Bu barədə “Poliqon” “Boeing” şirkətinə istinadən xəbər verib.

Xatırladaq ki, 2023-cü ilin mart ayında ABŞ HHQ MH-139A “Grey Wolf” helikopterlərinin ilk partiyasının istehsalına dair “Boeing” ilə 285 milyon dollar dəyərində müqavilə imzalayıb.

Müqaviləyə əsasən, “Boeing” şirkəti cari ilin martından yeni çoxməqsədli MH-139A “Grey Wolf” helikopterinin seriyalı istehsalına başlayıb.

9c951646 f45b 4b11 bb8f 6991adc2f85b e1686299590342

Poliqon.az

CATEGORIES
TAGS