ABŞ-ın “Armed Overwatch” proqramının qalibi müəyyənləşib

ABŞ-ın “Armed Overwatch” proqramının qalibi müəyyənləşib

ABŞ Xüsusi Əməliyyat Komandanlığının (USSOCOM) pərvanəli yüngül hücum təyyarələri proqramı (Armed Overwatch) çərçivəsində başladılan tenderin qalibi “L3Harris Technologies” və “Air Tractor” şirkətlərinin birgə hazırladığı “AT-802U Sky Warden” lahiyəsi olub.

“Poliqon” xəbər verir ki, bu barədə “L3Harris Technologies” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Armed Overwatch“ proqramı çərçivəsində 75 ədəd yüngül hücum təyyarəsinin istehsalı nəzərdə tutulub ki, bununda maksimum dəyəri 3 milyard ABŞ dolları təşkil edir.

Qeyd olunub ki, seriyalı istehsalına 2023-cü ildə başlanacaq “AT-802U Sky Warden” təyyarsinin hazırlanması üçün “L3Harris Technologies” və “Air Tractor” şirkətlərinə ilkin mərhələdə 170 milyon ABŞ dolları həcmində vəsait ayrılıb.

Poliqon.az

CATEGORIES
TAGS