ABŞ-ın “Exosonic” şirkəti səsdən iti sürətli PUA yaradacaq

ABŞ-ın “Exosonic” şirkəti səsdən iti sürətli PUA yaradacaq

ABŞ Hərbi Hava Qüvvələri “Exosonic” şirkəti ilə səsdən iti sürətli sakit pilotsuz uçuş aparatlarının (PUA) istehsalı barədə müqavilə imzalayıb.

“Poliqon” xəbər verir ki, yeni PUA-nın əsas xüsusiyyəti minimal zərbə dalğası ilə (sakit) səsdən iti sürətlə uçmasıdır.

Ehtimal olunur ki, təlim üçün PUA-nın yaradılması “Exosonic” şirkətinin ikinci dərəcəli layihəsidir, çünki şirkətin əsas məqsədi səsdən iti sürətli sakit təyyarələr yaratmaqdır.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS