ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi açıqlanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketi açıqlanıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni hərbi yardım paketi Ukrayna Silahlı Qüvvələrini döyüş meydanında gücləndirəcək vacib silah-sursat ilə təmin edəcək.

Hərbi yardım paketinə daxildir:

  • HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə sursat;
  • artilleriya və minaatan mərmiləri;
  • zireh əleyhinə vasitələr;
  • ağır nəqliyyat və sahə texnikası üçün ehtiyyat hissələr.

Poliqon.az

CATEGORIES