ABŞ Konqresi “Apache” helikopterlərinin Polşaya satışına icazə verib
ABŞ Konqresi “Boeing” şirkətinin istehsal etdiyi AH-64E “Apache” ağır döyüş helikopterlərinin Polşaya satışı ilə bağlı razılıq verib.
“Poliqon” xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşçak özünün “X” (Twitter) hesabında paylaşım edib.
“İndi biz qiymət danışıqlarına başlayırıq. Prosedurlar tamamlanana və alınan helikopterlər Polşaya çatdırılana qədər ABŞ Ordusu öz resursları hesabına bizi “Apache” ilə təmin edəcək”, – deyə paylaşımda bildirilib.
Həmçinin bax: Polşa ABŞ-dan 12 milyard dollarlıq ağır döyüş helikopterləri alır