
ABŞ hökuməti “Lockheed Martin” şirkəti ilə PAC-3 MSE (Missile Segment Enhancement) raketlərinin istehsalının sürətləndirilməsi üçün müqavilə imzalayıb.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, müqavilənin dəyəri 4.7 milyard ABŞ dolları təşkil edir.
Şirkətin bildirdiyinə görə, istehsalın artırılması bu il ABŞ və müttəfiqlərinə rekord sayda PAC-3 MSE tutucu raketi çatdırmağa imkan verir.
Xatırladaq ki, ötən ilin sentyabrında ABŞ Ordusu və “Lockheed Martin” arasında 1970 ədəd PAC-3 MSE tutucu raketi və əlaqəli avadanlıqların istehsalı üçün 9.8 milyard dollar dəyərində müqavilə imzalanıb.
Eyni zamanda, şirkət PAC-3 MSE raketlərinin illik istehsalını yeddi il ərzində 600 ədəddən 2000 ədədə yüksəldəcək.




