ABŞ M142 HIMARS-ların Norveçə satışını təsdiqləyib

ABŞ M142 HIMARS-ların Norveçə satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti 580 milyon dollar dəyərindəki M142 HIMARS yaylım atəşli reaktiv sistemlərin (YARS) Norveçə satışını təsdiqləyib.

Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.

Bildirilib ki, sifarişə 16 ədəd M142 HIMARS YARS və digər lazımi dəstlərin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı ABŞ-ın “Lockheed Martin” korporasiyası olacaq.

Qeyd edilib ki, bu satış NATO üzvü olan Norveçin təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək. Həmçinin M142 HIMARS-lar Norveçin cari və gələcək təhdidlərə cavab vermək bacarığını, o cümlədən artilleriya və orta mənzilli atəş qabiliyyətini artıracaq.

CATEGORIES
TAGS