ABŞ “Patriot” ZRK-lər üçün Ukraynaya əlavə raketlər verəcək

ABŞ “Patriot” ZRK-lər üçün Ukraynaya əlavə raketlər verəcək

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 300 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni hərbi yardım paketinə daxil olan sistemlər Ukraynanın hava hücumundan müdafiə bacarıqlarını artırmağa imkan verəcək.

Hərbi yardım paketinə daxildir:

  • “Patriot” zenit-raket kompleksi (ZRK) üçün əlavə raketlər;
  • Hava hücumundan müdafiə (HHM) üçün AIM-7 raketləri;
  • “Avenger” hava hücumundan müdafiə sistemləri;
  • “Stinger” daşınabilən zenit-raket kompleksi;
  • HIMARS üçün əlavə raketlər;
  • 155 mm-lik və 105 mm-lik artilleriya mərmiləri;
  • 105 mm-lik tank sursatları;
  • Pilotsuz uçuş aparatları (PUA) üçün döyüş sursatları;
  • AT4 tank əleyhinə qumbaraatanlar;
  • Atıcı silahlar üçün 30 milyondan çox sursat;
  • Mina təmizləmə avadanlığı və sistemləri;
  • Gecəgörmə cihazları;
  • Ehtiyat hissələr, generatorlar, sahə avadanlığı və s.

Poliqon.az

CATEGORIES
TAGS