MüdafiəRegion

ABŞ Rusiyanın qərb qonşularını silahlandırır

ABŞ Rusiya ilə qonşuluqda yerləşən müttəfiq ölkələri yeni texnika və silahlarla təchiz etməkdə davam edir. Ukraynada baş verən məlum hadisələrdən sonra bölgədə mərhələli şəkildə ABŞ-ın təsir imkanları güclənir.

“AzeriDefence”nin məlumatına görə, son 1 il ərzində Rusiyanın Avropa ilə həmsərhəd ölkələrində ABŞ hərbi texnikasının sayı durmadan artır.

Bir neçə gün öncə isə Ukrayna Ordusu ABŞ-ın radio lakasiya sistemi ilə təchiz olunub. Noyabrın 14-də HMMWV avtomobili üzərində inteqrasiya olunmuş 2 ədəd AN/TPQ-36 “Firefinder” RLS Ukrayna hərbçilərinə təhvil verilib.

Bu sistem düşmənin artilleriya qurğularını 15-25 km məsafədə aşkar edə bilir.

Ümumiyyətlə isə 2014-2015-ci illərdə ABŞ tərəfindən Ukrayna Suilahlı Qüvvələrinə 20 ədəd AN/TPQ-48A LCMR RLS sistemləri verilib.

ABŞ analoji hərbi əməkdaşlığı Estoniya ilə də həyata keçirir. Yerli medianın açıqlmasında görə, bu günlərdə ABŞ tərəfindən Estoniya Ordusu 155 mm-lik “Paladin” M109A6 özüyeriyən artilleriya qurğuları ilə təchiz olunub.

Daha əvvəl isə Estoniyaya M1A2 “Abrams” tankları və “Bradley” zirehli texnikası verilib.

ukr_usa

 

Paladin.t

 

Back to top button