Xəbərlər

ABŞ “Trident II” D5LE ballistik raketini sınaqdan keçirib

ABŞ Hərbi Dəniz Qüvvələri Atlantik okeanın Cape sahilində “Trident II” D5LE ballistik raketinin sınağını keçirib.

“Poliqon” ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər verir ki, atış sınağı dənizdən həyata keçirilib.

Məlumatda bildirilib ki, “Trident II” D5LE ballistik raketinin sınağı uğurla nəticələnib.

2022-ci ilin əvvəlində “Trident II” D5LE ballistik raketinin seriyalı istehsalı planlaşdırılıb.

Trident II D5LE 2 1024x670 1

Poliqon.az

Back to top button