ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 375 milyon dollar dəyərində yeni hərbi yardım paketini açıqlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni hərbi yardım paketi Ukrayna Silahlı Qüvvələrini döyüş meydanında gücləndirəcək vacib silah-sursat ilə təmin edəcək.
Hərbi yardım paketinə daxildir:
- HIMARS yaylım atəşli reaktiv sistemlər (YARS) üçün əlavə sursat;
- 155 mm-lik və 105 mm-lik əlavə artilleriya mərmiləri;
- TOW tank əleyhinə raketlər;
- AT4 tank əleyhinə qumbaraatanlar;
- “Javelin” tank əleyhinə idarəolunan raket kompleksləri (TƏİRK);
- Lazerlə idarə olunan raket sistemləri üçün döyüş sursatları;
- Yük maşınları və qoşqular;
- Termal cihazlar;
- Ehtiyat hissələr və digər sahə avadanlığı.
CATEGORIES Dünya