ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
ABŞ Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardım paketi ayırıb.
“Poliqon” Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni hərbi yardım paketinin dəyəri 625 milyon ABŞ dolları təşkil edir.
Rusiyanın 24 fevral 2022-ci il tarixli işğalının başlanğıcından inidyə kimi ABŞ tərəfindən Ukraynaya 16,8 milyard dollardan çox hərbi yardım ayırıldığını bildirən Pentaqon bu yardımların davam edəcəyini vurğulayıb.
Yeni hərbi yardım paketinin siyahısına aşağıdakılar daxildir:
- 4 ədəd HIMARS (High Mobility Artillery Rocket Systems) yaylım atəşli reaktiv sistem (YARS) və sursatı;
- 16 ədəd 155 mm-lik M777 tipli uzaq mənzilli haubitsa;
- “Howitzer” topları üçün 75 min ədəd artilleriya mərmisi;
- 500 ədəd M982 “Excalibur” mərmisi;
- 16 ədəd 105 mm-lik top;
- 30 min ədəd 120 mm-lik minaatan mərmisi;
- 200 ədəd “MaxxPro” minaya qarşı qorumalı (MRAP) nəqliyyat vasitəsi;
- 200 min avtomat sursatı;
- “Claymore” piyada əleyhinə mina;
- 1000 ədəd uzaqdan komandalı zireh əleyhinə mina (RAAM) sistemləri.
CATEGORIES Xəbərlər