ABŞ və Kanada NORAD-ı təkmilləşdirmək barədə razılığa gəliblər

ABŞ və Kanada NORAD-ı təkmilləşdirmək barədə razılığa gəliblər

Amerika Birləşmiş Ştatları və Kanada, Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (North American Aerospace Defense Command – NORAD) texniki cəhətdən təkmilləşdirilməsi üçün addımlar barədə razılığa gəliblər.

“Poliqon” xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, NORAD-ın təkmilləşdirilməsi barədə ABŞ Müdafiə naziri Lloyd Austinin və Kanada Milli Müdafiə naziri Harjit Singh Sajanın açıqlanan birgə bəyanatında deyilir.

Müdafiə nazirlərinin sözlərinə görə, strateji rəqabətin artması, sürətli texnoloji inkişaf və iqlim dəyişikliyi iki ölkənin müdafiə qabiliyyətini azaldır, Şimali Amerikada raket zərbələri təhlükəsini artırır və çətinləşdirir.

Sənədə əsasən, NORAD aerokosmik müdafiə komandanlığı şimal sərhədlərindəki kosmik və dəniz təhdidlərinə tez və qəti şəkildə cavab verməyi bacarmalıdır.

ABŞ və Kanadanın Müdafiə nazirləri, təhdidlərin davamlı izlənilməsini və anlaşılmasını təmin etmək, həmçinin öndəki illərdə Şimali Amerikaya qarşı mümkün təcavüzün qarşısını almaq üçün NORAD-ı təkmilləşdirmək, inkişaf etdirmək və uyğunlaşdırmaq barədə razılığa gəliblər.

Sənədə əsasən, iki ölkənin Müdafiə Nazirlikləri yeni üfiqarxası radiolokasiya müşahidə sistemlərinin istismara verilməsi də daxil olmaqla, mümkün təhlükələri müəyyən etmək üçün texnoloji imkanlarını artırmağı planlaşdırırlar.

Bundan başqa, Arktikada NORAD infrastrukturunun təkmilləşdirilməsi xərclərinin artırılması və hər iki ölkənin bölgədəki hərəkətləri əlaqələndirmə qabiliyyətinin artırılması planlaşdırılır.

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) ABŞ və Kanadanın birləşmiş aerokosmik müdafiə sistemidir. Onun vəzifələri havaya və yerətrafı fəzaya nəzarət, havadan və ya raket hücumu xəbərdarlığı, havadan və raketdən müdafiədir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS