ACV C4/UAS amfibiya döyüş maşınından “Stalker” və “Indago” PUA-ların sınaqları keçirilib

ACV C4/UAS amfibiya döyüş maşınından “Stalker” və “Indago” PUA-ların sınaqları keçirilib

Böyük Britaniyanın “BAE Systems” və ABŞ-ın “Lockheed Martin” şirkətləri ACV (Amphibious Combat Vehicle) amfibiya döyüş maşınından “Stalker” və “Indago” kiçik pilotsuz uçuş aparatlarının (PUA) uçuş və idarəetmə sınaqlarını keçirib.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, sınaqlar zamanı ACV amfibiya döyüş maşının C4/UAS (Command, Control, Communication and Computers/Uncrewed Aerial Systems) variantından istifadə edilib.

Şirkət sınaqların keçirilməsində məqsədin müharibə şəraitində ACV C4/UAS-dan buraxlan və həmin maşından idarəolunan “Stalker” və “Indago” PUA-larının uzunmüddətli kəşfiyyat aparmaq bacarığını yoxlamaq olduğu bildirib.

Qeyd edək ki, “BAE Systems”in ACV C4/UAS amfibiya döyüş maşını ABŞ Dəniz Piyadalarının ehtiyacı çərçivəsində başladılan Qabaqcıl Kəşfiyyat Vasitəsi (ARV – Advanced Reconnaissance Vehicle) proqramında digər rəqibləri rəqabət aparır.

Proqram əsasında, ACV C4/UAS hələ daha bir neçə sınaqdan keçiriləcək, sonra ABŞ Dəniz Piyadaları və hökumət hansı məhsulun tələblərə tam cavab verdiyi barəsində seçim edəcək.

Xatırladaq ki, ötən ilin avqust ayında ABŞ-ın Dəniz Piyadaları və “BAE Systems” şirkəti arasında test edilməsi məqsədi ilə 88 milyon ABŞ dolları dəyərində 30 ədəd ACV-30-un alqı-satqısı üçün müqavilə imzalanıb.

8×8 təkər formullu ACV-30, Norveçin “Kongsberg Defence and Aerospace” şirkəti tərəfindən istehsal edilən 30 mm-lik RT-20 uzaqdan idarəolunan döyüş modulu ilə silahlandırılıb.

Nəqliyyat vasitəsi 35 ton ağırlığa, 16 personal (3-ü ekipaj üzvü) daşımaq imkanına, yolda 105 km\saat, dənizdə isə 6+ knot sürətlə üzmək qabiliyyətinə malikdir.

Onu da qeyd edək ki, ACV-30, ACV zirehli amfibiya maşınının əsasən desantın daşınması və döyüş tapşırıqlarının icra olunması üçün nəzərdə tutulmuş versiyasıdır.

Poliqon.az

CATEGORIES
TAGS