“Akıncı” PUA-nı idarə edəcək azərbaycanlı operatorlar təlimlərini tamamlayıb

“Akıncı” PUA-nı idarə edəcək azərbaycanlı operatorlar təlimlərini tamamlayıb

Türkiyə, Azərbaycan və Qırğızıstandan olan kursantlar “Baykar” şirkəti tərəfindən “Akıncı” pilotsuz uçuş aparatı (PUA) ilə bağlı keçirilən təlimləri uğurla başa vuraraq məzun oldular.

“Baykar”dan “Poliqon”a verilən məlumata görə, bununla bağlı Türkiyənin Təkirdağ şəhərinin Çorlu bölgəsində yerləşən “Akıncı Təlim Uçuş Mərkəzi”ndə buraxılış mərasimi keçirilib.

“Baykar” şirkətinin İdarə Heyətinin sədri və Texnologiya rəhbəri Selçuk Bayraktarın və Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayevanın da iştirak etdiyi mərasimdə təlimi fərqlənmə ilə başa vuran kursantlara mükafatlar təqdim olunub.

8-ci təlim dövrü çərçivəsində kursu hər üç ölkədən müxtəlif vəzifələrdə çalışacaq ümumilikdə 96 kursant başa vurub.

Qeyd edək ki, 2022-ci ildə “Baykar” 1.18 milyard ABŞ dolları dəyərində ixracat həyata keçirib. Şirkət indiyə qədər ümumilikdə “Bayraktar TB2” PUA üçün 28, “Akıncı” PUA üçün isə 6 ölkə ilə ixrac müqaviləsi imzalanıb.

Poliqon.az

CATEGORIES
TAGS