“Aksunqur” MAM-L ilə suüstü hədəfi belə vurdu – VİDEO

“Aksunqur” MAM-L ilə suüstü hədəfi belə vurdu – VİDEO

Türkiyə Hərbi Dəniz Qüvvələrinin istismarına yeni verilmiş “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) ilə “Mavi Vətən-2022” təlimi çərçivəsində döyüş atışları icra edilib.

“Poliqon”un məlumatına görə, TUSAŞ şirkətinin istehsalı olan “Aksunqur” PUA “Roketsan” şirkətinin MAM-L ağıllı aviasiya sursatı ilə Şərqi Aralıq dənizində şərti düşmənin suüstü sabit hədəfini vurub.

Bununla, “Aksunqur” PUA və MAM-L sursatlarının suüstü hədəfləri vurma qabiliyyəti bir daha sübuta yetirilib.

Qeyd edək ki, “Aksunqur” PUA 2021-ci ildə 12 ədəd MAM-L sursatı ilə 20 000 fut yüksəklikdə 28 saat uçuş həyata keçirib. İnkişaf fəaliyyətləri davam edən “Aksunqur”un gələcəkdə 24 ədəd MAM-L ilə uçuşlarının keçiriləcəyi təxmin edilir.

“Aksunqur” PUA 750 kq faydalı yük daşıma qabiliyyəti ilə gecə/gündüz istənilən hava şəraitində 60 saat havada qala bilir. PUA fasiləsiz kəşfiyyat, müşahidə, nəzarət və hücum tapşırıqlarını yerinə yetirmə qabiliyyətlərinə malikdir.

Rizvan Fikrətoğlu

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş