Xəbərlər

Almaniya 38 ədəd “Typhoon” təyyarəsi sifariş verib

Almaniya Hərbi Hava Qüvvələri “Eurofighter” konsorsiumu ilə 38 ədəd “Typhoon” döyüş təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. CPD 59260 14 Signing Quadriga

Bu barədə “Azeri Defence”ə “Eurofighter” konsorsiumundan məlumat verilib.

Alman Hərbi Hava Qüvvələri müqavilə çərçivəsində 8 iki yerli, 30 bir yerli “Typhoon” alacaq.

Təyyarələr yeni “Tranche 4” seriyasına aid olacaq.

Bundestaqının büdcə komitəsi satınalma layihəsinin maliyyələşdirilməsinə 5,4 milyard avro ayırılmasına razılıq verib.

Təyyarələrin çatdırılması 2025-2030-cu illərdə həyata keçiriləcək.

 

 

Back to top button